BMT: 1,5 il ərzində Suriyada seçkilər keçirilməlidir

BMT: 1,5 il ərzində Suriyada seçkilər keçirilməlidir Yaxın 18 ay ərzində Suriyada BMT-nin himayəsi altında seçkilər keçirilməlidir
Digər ölkələr
19 Dekabr , 2015 12:27
BMT: 1,5 il ərzində Suriyada seçkilər keçirilməlidir

Bakı. 19 dekabr. REPORT.AZ/ Suriyada sülh prosesinin dəstəklənməsi üçün qətnamə layihəsinin yeni təfərrüatları məlum olub. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Sənəddə deyilir ki, yaxın 18 ay ərzində Suriyada BMT-nin himayəsi altında seçkilər keçirilməlidir.

ABŞ baş katibi Con Kerri bildirib ki, əldə olunan razılaşma terrorçuların təcrid olunmasına yardım edəcək və Suriyaya siyasi dəyişikliklər yoluna çıxmağa kömək edəcək. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz qiymətlərində bir o qədər də nikbin deyil, lakin qeyd edir ki, Suriya xalqı öz gələcəyini özü həll etməlidir. 

BMT-nin Suriyadakı nümayəndəsi Bəşər Cəfəri vurğulayıb ki, Əsəd hökuməti ölkənin taleyi ilə bağlı danışıqlarda iştirak etməyə hazırdır. 

Bir müddət məlum olub ki, BMT Təhlükəsizlik Şurası Suriyada sülh prosesinin dəstəklənməsi üçün qətnaməni yekdilliklə qəbul edib. 

Son xəbərlər

Orphus sistemi