Yuxarı

Bişkek yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 39 nəfərə çatıb

Bişkek yaxınlığında qəzaya uğramış təyyarədə ölənlərin sayı 39 nəfərə çatıb
Qırğızıstanın Travmatologiya və Ortopediya Elmi-Tədqiqat Mərkəzinə yerləşdirilmiş Saqınbəy Rəhmanov dünyasını dəyişib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bişkek şəhəri yaxınlığında qəzaya uğramış "Boeing 747 "-də ölənlərin sayı 39 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" Qırğızıstanın Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, Qırğızıstanın Travmatologiya və Ortopediya Elmi-Tədqiqat Mərkəzinə yerləşdirilmiş 29 yaşlı Saqınbəy Rəhmanov dünyasını dəyişib. Gəncin ölümünə səbəb çoxsaylı yanıq xəsarətləri olub.

"Bizim əməkdaşlar onlardan asılı olan hər şeyi etdilər. Lakin pasiyenti xilas etmək mümkün olmadı" – deyə nazirlikdən bildiriblər.

Hazırda Bişkekin xəstəxana və klinikalarında təyyarə qəzası zamanı xəsarət almış 10 nəfər müalicə edilir.

Qeyd edək ki, türk şirkətlərindən birinə məxsus olan və Honkonq-Bişkek-İstanbul marşrutu ilə uçan təyyarə Qırğızıstan paytaxtının Manas aeroportunda eniş zamanı qəzaya uğrayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi