Birmingem teatrı partlayışdan sonra təxliyyə edilib

Birmingem teatrı partlayışdan sonra təxliyyə edilib Hadisə texniki nasazlıq səbəbindən baş verib
Digər ölkələr
14 Fevral , 2018 06:30
Birmingem teatrı partlayışdan sonra təxliyyə edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Birmingem repertuar teatrında partlayış baş verib, ardınca bütün ziyarətçilər və əməkdaşlar binadan təxliyyə edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

Müəssisə rəhbərliyi "Twitter" sosial şəbəkəsində yazıb ki, insanların təxliyyə edilməsi barədə qərar təhlükəsizlik məqsədi ilə qəbul olunub. Rəhbərlik həmçinin qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Birmingemdəki partlayışla əlaqədar məlumat yerli polis tərəfindən dərhal yayılıb. Partlayış teatr işçiləri üçün nəzərdə tutulmuş otaqda baş verib.

Son xəbərlər

Orphus sistemi