Yuxarı

Birləşmiş Ştatlar yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Birləşmiş Ştatlar yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, Kubaya qarşı qadağa siyahısının genişləndirilməsi bir neçə gün ərzində baş verəcək.

"Kuba hərbi və xüsusi xidmət orqanları ABŞ-dan, xalqından, səyyahlarından və ya biznesindən qeyri-mütənasib şəkildə böyük mənfəət əldə etməməlidir", - deyə prezidentin köməkçisi bildirib.

Bundan əvvəl ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi