Venesuelada etirazlar zamanı bir nəfər öldürülüb - VİDEO

Venesuelada etirazlar zamanı bir nəfər öldürülüb - VİDEO Bakı. 23 yanvar. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda etirazlar zamanı bir nəfər öldürülüb.
Digər ölkələr
23 Yanvar , 2019 08:25
Venesuelada etirazlar zamanı bir nəfər öldürülüb - VİDEO
AFP

Bakı. 23 yanvar. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda etirazlar zamanı bir nəfər öldürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuela parlamentinin müxalif deputatı Xose Olivares özünün "Twitter" səhifəsində bildirib.

"Bizə etirazlar zamanı odlu silahdan açılan atəş nəticəsində həlak olmuş bir nəfərin cəsədinin Katia rayon xəstəxanasına gətirilməsini təsdiqlədilər", – deyə o yazıb.

Qeyd edilir ki, insanlar hazırda müxtəlif şəhər və rayonlarda barrikadalar qururlar. Hərbçilərlə ilk toqquşmalar haqqında informasiyalar var.

Venesuela parlamenti müxalifətinin rəhbəri Xuan Quaido yanvarın 23-də xalqı ölkədə baş verənlərə qarşı etiraz bildirmək üçün küçələrə çıxmağa çağırıb.

Daha əvvəl prezident Nikolas Maduro Venesuela parlamentinin yeni spikeri Xuan Quaidonu agent adlandırıb. Venesuela prezidenti ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı ABŞ-ın agentidir.

Son xəbərlər

Orphus sistemi