Bir əsrdən çoxdur tikilmiş Tonqa parlamentinin binasını siklon dağıdıb - VİDEO

Bir əsrdən çoxdur tikilmiş Tonqa parlamentinin binasını siklon dağıdıb - VİDEO Bakı. 13 fevral. REPORT.AZ/ 100 ildən çoxdur tikilmiş Tonqa ada dövlətinin parlament binası güclü siklon nəticəsində dağılıb.
Digər ölkələr
13 Fevral , 2018 17:03
Bir əsrdən çoxdur tikilmiş Tonqa parlamentinin binasını siklon dağıdıb - VİDEO

Bakı. 13 fevral. REPORT.AZ/ 100 ildən çoxdur tikilmiş Tonqa ada dövlətinin parlament binası güclü siklon nəticəsində dağılıb.

Bu barədə "Report" Avstraliyanın ABC teleyayım korporasiyasına istinadən xəbər verir.

Hələlik yeni binanın tikintisinə qədər parlamentin harada qərarlaşacağı bilinmir. Siklon nəticəsində həmçinin meteoroloji xidmətin binası da dağılıb.

Qeyd edək ki, dördüncü güc kateqoriyasına aid "Gita" siklonu adaya fevralın 13-nə keçən gecə çatıb. Ən böyük zərbə Tonqatapu adasına dəyib, burada küləyin sürəti saatda 230 kilometrə çatıb. Təbii fəlakət nəticəsində bir neçə min nəfər işıqsız qalıb, evlərin 40%-i zədələnib. Fövqəladə xidmətlərin məlumatına əsasən, fəlakət ada əhalisinin, ümumilikdə, 70%-nə təsir edib, azı üç nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi