Binyamin Netanyahu Sinqapurda Azərbaycana səfərindən xüsusi olaraq bəhs edib

Binyamin Netanyahu Sinqapurda Azərbaycana səfərindən xüsusi olaraq bəhs edib Netanyahu müsəlman ölkələri ilə əlaqələrin qaydaya salınması istiqamətində səylərindən danışıb
Digər ölkələr
21 Fevral , 2017 02:14
Binyamin Netanyahu Sinqapurda Azərbaycana səfərindən xüsusi olaraq bəhs edib

Bakı. 21 fevral. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu Sinqapura səfəri zamanı Azərbaycana səfərindən xüsusi olaraq bəhs edib.

"Report" xəbər verir ki, bu barədə "Newsru.co.il" məlumat yayıb.

Məlumatda bildirilir ki, Sinqapurun baş naziri prezident sarayında bu ölkəyə səfər etmiş İsrail hökumətinin başçısı Binyamin Netanyahunun və onun xanımı Sara Netanyahunun şərəfinə şam ziyafəti verib. Netanyahu ziyafət zamanı İsraillə və müsəlman ölkələri arasında əlaqələrin qaydaya salması ilə bağlı səylərindən danışıb. O, Azərbaycana və Qazaxıstana rəsmi səfərindən xüsusi olaraq bəhs edib.

İsrailin baş naziri qeyd edib ki, son vaxtlar Ərəb dünyasında böyük dəyişikliklər baş verib. O, ümid edir ki, İsrail yeni münasibətlərdən ərəb-İsrail münaqişəsinin həlli məqsədilə istifadə etməyə nail olacaq.

İsrailin baş nazirinin dəftərxanasının mətbuat xidmətinin məlumatına görə, hökumət rəsmilərinin şam ziyafəti zamanı yeni səhləb çiçəyi növünün Netanyahunun adına verildiyi məlum olub. 

Netanyahu həmçinin vurğulayıb ki, gələn ay Çinə səfər edəcək. Sonra isə Hindistanın baş naziri İsrailə rəsmi səfərə gələcək.

Son xəbərlər

Orphus sistemi