Bineli Yıldırım: "Regionun terrorçulardan azad edilməsi bizim ümumi məsuliyyətimizdir"

Bineli Yıldırım: "Regionun terrorçulardan azad edilməsi bizim ümumi məsuliyyətimizdir" Terrorçular təkcə Türkiyə üçün deyil, həm də Almaniya, ABŞ və digər ölkələr üçün təhlükə törədir
Digər ölkələr
2 Fevral , 2017 23:25
Bineli Yıldırım: Regionun terrorçulardan azad edilməsi bizim ümumi məsuliyyətimizdir

Bakı. 2 fevral. REPORT.AZ/ "Terrorizm bütün ölkələrin mübarizə aparmalı olduğu qlobal təhlükə daşıyır".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Bineli Yıldırım Almaniya kansleri Angela Merkellə danışıqlarının yekununa dair fikir bildirərkən deyib.

"Terrorçular təkcə Türkiyə üçün deyil, həm də Almaniya, ABŞ və digər ölkələr üçün təhlükə törədir. Birləşmiş Ştatlar vaxtında Əl-Qaidə terrorçularının hərəkətlərinə görə ən böyük ödənişi etdi", - deyə Yıldırım qeyd edib.

Türkiyənin baş naziri qeyd edib ki, regionun terrorçulardan azad edilməsi bütün dövlətlərin ümumi məsuliyyətidir.

Son xəbərlər

Orphus sistemi