Bill Klinton triller yazacaq

Bill Klinton triller yazacaq Triller "Prezident itkin düşüb" adlanacaq
Digər ölkələr
8 May , 2017 22:58
Bill Klinton triller yazacaq

Bakı. 8 may. REPORT.AZ/ Amerikanın keçmiş prezidenti Bill Klinton yazıçı Ceyms Patterson ilə birgə kitab yazmaq niyyətindədir.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, triller "Prezident itkin düşüb" adlanacaq və 2018-ci ilin yayında işıq üzü görəcək.

Romanın dərci ilə məşğul olan "Alfred A. Knopf" və "Hachette" nəşriyyatları birgə bəyanatlarında qeyd ediblər ki, əsər özündə "yuxarı hakimiyyət dairələrində dünya miqyaslı nadir intriqalar, həyəcanlı gözləntilər və gizli dramın vəhdətini" əks etdirir.

Romanın baş qəhrəmanı Amerika prezidenti olacaq.

Son xəbərlər

Orphus sistemi