Yuxarı

Biarissdə Fransa və İranın XİN rəhbərlərinin görüşü başlayıb

​Biarissdə Fransa və İran XİN rəhbərlərinin görüşü başlayıb

Biarissdə Fransanın xarici işlər naziri Jan-İv Le Drianla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar başlayıb.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" Fransa administrasiyasının nümayəndəsinə istinadən xəbər verib. 

XİN rəhbərlərinin bir sıra məsələləri müzakirə edəcəkləri bildirilir. 

Daha əvvəl Böyük yeddilik (G7) ölkələrinin liderləri Biarris şəhərində keçirilən sammitdə Rusiyanı qaytarmaqla “G8” formatının bərpası məsələsini müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi