Yuxarı

Beyt-ləhm şəhərində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Beyt-ləhm şəhərində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib
İğtişaşlar üç saata qədər davam edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Beyt-ləhm şəhərində (Vifleyem, Fələstin) fələstinli gənclər və İsrail hərbçiləri arasında toqquşmalar baş verib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Fələstin ərazisi və Qüdslə olan sərhəddə yerləşən divar qarşısında onlarla insan zibil qutularını yandırıb, İsrail müşahidə qüllələrinə daş və "Molotov kokteyli" atıblar.

Buna cavab olaraq hərbçilər etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.

İğtişaşlar üç saata yaxın davam edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi