Livanın paytaxtı Beyrutda toqquşmalar zamanı yaralananların sayı 165 nəfərə çatıb - YENİLƏNİB

Livanın paytaxtı Beyrutda toqquşmalar zamanı yaralananların sayı 165 nəfərə çatıb - YENİLƏNİB Livanın paytaxtı Beyrutun mərkəzində aksiyaçılarla güc strukturları arasında baş verən toqquşmaların gedişatında zərərçəkənlərin sayı 165 nəfəri ötüb, onlardan azı 65-i xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
19 Yanvar , 2020 04:19
Livanın paytaxtı Beyrutda toqquşmalar zamanı yaralananların sayı 165 nəfərə çatıb - YENİLƏNİB

Livanın paytaxtı Beyrutun mərkəzində aksiyaçılarla güc strukturları arasında baş verən toqquşmaların gedişatında zərərçəkənlərin sayı 165 nəfəri ötüb, onlardan azı 65-i xəstəxanaya yerləşdirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsi bildirib.

"Hazırda 65-dən çox yaralı xəstəxanaya yerləşdirilib, 100-dən çox zərərçəkənə hadisə yerində tibbi yardım göstərilib", - təşkilatın bəyanatında deyilir.

Zərərçəkənlər arasında nümayişçilərlə yanaşı, təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Xəsarət halları əsasən gözyaşardıcı qazdan istifadə və daş atılmaları zamanı baş verib.

Daha əvvəl toqquşmalar zamanı 75 nəfərin xəsarət aldığı bildirilirdi.


***22:38

Livanda aksiyaçılarla güc strukturunun nümayəndələri arasında növbəti toqquşmalar baş verib.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşmalar paytaxt Beyrutun mərkəzində, parlament binasının qarşısında baş verib. Qarşıdurmalar zamanı 75 nəfər xəsarət alıb.

"Hazırda Beyrutun mərkəzində toqquşmaların gedişatında xəsarət alan 30 nəfər xəstəxanaya yerləşdirilib. 45 vətəndaşa yerindəcə tibbi yardım göstərilib", - deyə Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin bəyanatında bildirilir.

Qeyd edilir ki, zərərçəkənlər arasında aksiyaçılarla yanaşı, güc strukturlarının nümayəndələri də var.

Zərərçəkənlər gözyaşardıcı qazın tətbiqi və atılan daşlardan xəsarət alıblar. 

Son xəbərlər

Orphus sistemi