Yuxarı

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub 1272
Beynəlxalq koalisiya məlumatı şərh etməyib
© Courtesy İmage

Bakı. 28 may. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 20 dinc sakin həlak olub.

"Report"un məlumatına görə, bu barədə Suriyanın "SANA" agentliyi yerli sakinlər arasındakı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, aviasiya Rakka şəhəri sakinlərini daşıyan avtomobilə zərbə endirib. Beynəlxalq koalisiya məlumatı şərh etməyib.

Qeyd edək ki, koalisiya qüvvələri Rakkaya Suriya demokratik qüvvələrinə dəstək vermək üçün zərbələr endirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi