Bakı. 11 sentyabr. REPORT.AZ/ Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ABŞ-ın quruma qarşı sanksiya tətbiq etməsi ehtimalı haqqında bəyanatından narahat deyil.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə MCM-nin bəyanatında deyilir.
"BCM 123 ölkə tərəfindən dəstəklənən qərəzsiz və müstəqil qurumdur. BCM qanuni məhkəmə olaraq, qanunun aliliyi ideyasına uyğun olaraq yorulmadan işini davam etdirəcək", - bəyanatda deyilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ hərbçilərinin Əfqanıstanda insanlığa sığmayan cinayətlər törədilməsində iştirak edib-etməməsini araşdırmalarına görə ABŞ-ın BCM-ə sanksiyalar tətbiq edə biləcəyini söyləmişdi.