Yuxarı

BƏT: Avropada orta təbəqə azalır

BƏT: Avropada orta təbəqə azalır
Hazırda Aİ ölkələrində ailələrin 23-40%-i bu kateqoriyaya aiddir

Bakı. 25 noyabr. REPORT.AZ/ Orta təbəqəyə aid edilə bilən Avropa vətəndaşlarının payı kiçilməyə davam edir. Hazırda Avropa İttifaqı ölkələrində ailələrin 23-40%-i bu kateqoriyaya aiddir.

"Report"un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni araşdırmasında deyilir.

Araşdırma müəllifləri qeyd edib ki, 2004-cü ildən 2011-ci ilə qədər Avropada orta sinif təbəqəsi 2,3% azalıb. Ən son məlumatlara görə, bu azalma davam edir.

Aİ-də ən güclü orta təbəqə Danimarka və İsveçdədir - müvafiq olaraq 40 və 39 faiz. Latviya və Litvada isə orta təbəqəyə ailələrin cəmi 23 və 24 faizi aid edilir.

Yeni hesabatın müəllifləri bildiriblər ki, bu gün Aİ ölkələrində ailədən bir yaşlı adamın, məsələn, müəllim və ya həkim kimi işləməsi artıq ailənin orta təbəqəyə aid edilməsinə yetmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi