​Bəşşar Əsəd: "İŞİD-ə qarşı mübarizəyə hazırıq"

​Bəşşar Əsəd: "İŞİD-ə qarşı mübarizəyə hazırıq" "Məlumatlar bizə İraq kimi üçüncü dövlətin vasitəsi ilə çatır"
Digər ölkələr
10 Fevral , 2015 12:41
​Bəşşar Əsəd: İŞİD-ə qarşı mübarizəyə hazırıq

Bakı. 10 fevral. REPORT.AZ/ "İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya ilə əməkdaşlıq etməyə hazırıq".

"Report" "BBC"yə istinadən xəbər verir ki, bunu Bəşşar Əsəd deyib.

Onun sözlərinə görə, "Suriya hökuməti" ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın təmsilçisindən İŞİD-ə qarşı mübarizə ilə bağlı "məlumat alır".

B.Əsəd deyib ki, Suriyaya hava zərbələri endiriləndən - ötən ilin sentyabrından beynəlxalq koalisiya ilə birbaşa əməkdaşlıq kəsilib: "Bizə çatan ümumi informasiyalar taktiki xarakter daşımır. Məlumatlar bizə İraq kimi üçüncü dövlətin vasitəsi ilə çatır".

Son xəbərlər

Orphus sistemi