Bakı. 3 iyun. REPORT.AZ/ Bəşşar Əsədə məxsus Hərbi Hava Qüvvələri Suriyanın Hələb raket atəşinə tutub. "Report" xəbər verir ki, Əsəd rejiminə müxalif qüvvələrin olduğu Hələbə endirilmiş raket zərbələri nəticəsində beş mülki şəxs həlak olub.
Bu barədə Hələbin mülki müdafiə komandanlığı xəbər yayıb.
Məlumatda bildirilir ki, Əsəd rejimi ilə "Fil" tipli raketlər istifadə edib.
Zərbələr zamanı daha 7 nəfər xəsarət alıb.