Bakı. 5 mart. REPORT.AZ/ Qərb Suriyada kimyəvi silahın tətbiqi mövzusundan ölkə ərazisinə havadan zərbə endirmək üçün bəhanə kimi istifadə edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Suriya lideri Bəşər Əsəd deyib.
"Bu, adətən Suriya ordusuna havadan zərbə endirmək üçün bəhanə kimi istifadə olunan şantajdır", - deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.
Suriya hökuməti dəfələrlə bəyan edib ki, ölkədəki bütün kimyəvi silah ehtiyatları məhv edilib.