İsveçrə, Polşa, Yunanıstan, İraq və Filippində koronavirus infeksiyasından ölənlərin sayı artıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrədə 7, Polşa və Yunanıstanda 2, İraqda 10, Filippində isə 8 nəfər virusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 874-ə çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 438 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.