Yuxarı

Beş əlcəzairli milyarder həbs olunub

​Beş əlcəzairli milyarder həbs olunub

Əlcəzairdə korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 5 milyarder həbs olunub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Əlcəzair dövlət televiziyasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, ölkənin ən varlı biznesmeni İssad Rebraba da həbs olunanlar arasındadır. "Forbes" onun sərvətini 3,8 milyard dollar olaraq qiymətləndirir.

Nəzarət altına alınan digər şəxslər isə ölkənin keçmiş Prezidenti Əbdüləziz Buteflikaya yaxın olan Kuninef ailəsindən olan dörd qardaşdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi