Yuxarı

Berni Sanders 2020-ci ildə ABŞ prezidenti seçkilərində iştirak etmək niyyətindədir

Berni Sanders ABŞ prezidenti seçkilərində iştirak etmək niyyətindədir
© Rex Features

Bakı. 26 yanvar. REPORT.AZ/ Vermont ştatından olan senator Berni Sanders 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Yahoo News" internet portalı yazıb.

Portalın mənbələrinin verdiyi məlumata görə, 2016-cı ilin prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülmək məqsədilə keçmiş dövlət katibi Hillari Klintonla rəqabət aparan B.Sanders son bir neçə ayda növbəti seçkilərdə iştirak edib-etməmək barədə düşünüb. Onu ictimai rəy sorğularının nəticələri, o cümlədən afroamerikalıların və Latın Amerika əsilli vətəndaşların seçkilərdə ona dəstək ola biləcəyi ehtimalı ümidləndirir.

B.Sanders artıq mübarizəyə mümkün girişə hazırlaşır.

Daha əvvəl ABŞ-ın ən yüksək inzibati vəzifəsinə seçilmək niyyətini artıq bir sıra demokrat açıqlayıb. Onların arasında Nyu-York ştatından olan senator Kirsten Cillibrand, San Antonio şəhərinin (Texas ştatı) sabiq meri, Barak Obama Administrasiyasında mənzil tikintisi və şəhər inkişafı naziri vəzifəsində çalışmış Culian Kastro da var.

Demokratlar Partiyasının prezidentliyə namizədin rəsmi olaraq irəli sürüləcək qurultayı 2020-ci il iyulun 13-dən 16-dək keçiriləcək.

ABŞ-ın 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi