Berlində "Hervart" qasırğası səbəbindən fövqəladə vəziyyət elan olunub - VİDEO

Berlində "Hervart" qasırğası səbəbindən fövqəladə vəziyyət elan olunub - VİDEO Bir nəfər ağacın aşması nəticəsində xəsarət alıb
Digər ölkələr
29 Oktyabr , 2017 17:11
Berlində Hervart qasırğası səbəbindən fövqəladə vəziyyət elan olunub - VİDEO

Bakı. 29 oktyabr. REPORT.AZ/ Almaniyaya "Hervart" qasırğası üz verib. Güclü külək səbəbindən Berlində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə Berlin yanğın xidmətinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, paytaxtda ağacın aşması nəticəsində azı bir nəfər xəsarət alıb.

Almaniyanın bir sıra digər regionlarında da vəziyyət gərgin olaraq qalır. "Deutsche Bahn" dəmiryolu konserni "Hervart" qasırğası səbəbindən dəmiryolu rabitəsinə məhdudiyyətlərin tətbiq olunduğu bəyan edib.

"Bremen, Hannover, Braunşveyq, Göttingen, Volfsburq, Hamburq, Kil, Berlin, Drezden və Leypsiqdə hazırda şəhərlərarası dəmiryolu nəqliyyatı xidmət göstərmir", — deyə şirkətin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi