Almaniyada hava limanının əməkdaşları tətil ediblər

Almaniyada hava limanının əməkdaşları tətil ediblər Bakı. 7 yanvar. REPORT.AZ/ Almaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçiriblər.
Digər ölkələr
7 Yanvar , 2019 13:05
Almaniyada hava limanının əməkdaşları tətil ediblər

Bakı. 7 yanvar. REPORT.AZ/ Almaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçiriblər.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, aksiya nəticəsində aviareyslərin hərəkət qrafiki pozulub.

Tətil yerli vaxtla saat 05:00-dan 08.45-dək (Bakı vaxtı ilə 08:00-11.45) davam edib.

Bir sıra aviaşirkətlər, o cümlədən Almaniyanın “Lufthansa”, “Easyjet”, “Ryanair” və Rusiyanın “Aeroflot”u səhər saatlarına planlaşdırılan bir neçə reysi təxirə salıb.

Aksiya iştirakçılari iş saatının 20 avroyadək artırılmasını tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi