Yuxarı

Ben Ladenin öldürülməsinə kömək edən həkim təhlükəsiz yerə köçürülüb

Ben Ladenin öldürülməsinə kömək edən həkim təhlükəsiz yerə köçürülüb

Bakı. 28 aprel. REPORT.AZ/ Pakistanlı həkim, terrorçu Ben Ladenin məhv edilməsində və izlənilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə kömək etmiş Şakil Afridi Peşavardakı həbsxanadan təhlükəsiz yerə köçürülüb.

"Report"un məlumatına bu barədə "France Presse" hüquq-mühafizə orqanlarındakı mənbələrə və məhbusun ailəsinə istinadən xəbər verib.

Bildirilir ki, kəşfiyyatçılar həkimi aprelin 26-da başqa əraziyə aparıblar. Onun nə üçün başqa əraziyə aparılmasının səbəbləri məlum deyil.

Afridi 2011-ci ilin mayında Ben Ladenin məhvində ABŞ kəşfiyyatçılarına kömək edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi