Yuxarı

Belqradda nümayişçilər NATO və Aİ bayraqlarını yandırıblar - VİDEO

​Belqradda nümayişçilər NATO və Aİ bayraqlarını yandırıblar

Serbiya radikal partiyasının Belqrad şəhərində keçirilən mitinqində NATO hərbi bloku və Avropa İttifaqının bayraqları yandırılıb.

“Report” xəbər verir ki, aksiya NATO ölkələrinin 1999-cu ildə Yuqoslaviyaya hərbi müdaxiləsinin 20-ci ildönümünə həsr olunub.

Alyans və Aİ bayraqlarının yandırılması aksiyasına Yuqoslaviyada vətəndaş müharibəsi zamanındakı cinayətlərə görə şübhəli qismində 2003-2014-cu illərdə Haaqa türməsində həbsdə olan partiya lideri Voislav Şeşel başçılıq edib.

Mitinqdə siyasətçinin yüzlərlə tərəfdarı iştirak edib. Onun sözlərinə görə, Serbiya vətəndaşları ölkənin 3 mindən çox insan ölümü ilə nəticələnən bombardmanında müqəssir olan şəxsləri heç vaxt bağışlamayacaq və unutmayacaq.

Martın 24-də bütün Serbiya ərazisində NATO-nun Yuqoslaviyaya hərbi müdaxiləsinin ildönümünə həsr olunmuş anım aksiyaları keçirilib.

Tədbirlərdə Serbiya prezidenti Aleksandra Vuçiça da iştirak edib.

NATO-nun "Mərhəmətli mələk" adı altında həyata keçirdiyi 78 günlük bombardman nəticəsində 3 min insan ölüb, təqribən 5 min nəfər yaralanıb, mindən çox insan itkin düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi