Belçikada terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Belçikada terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb Bu, Parisdə və Brüsseldə törədilmiş terror aktları ilə əlaqəli deyil
Digər ölkələr
22 Aprel , 2017 02:45
Belçikada terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Belçika Prokurorluğu keçirdiyi xüsusi əməliyyat zamanı terrorçuluqda şübhəli bilinən 5 nəfərin saxlanıldığını xəbər verib.

"Report" xəbər verir ki, bununla bağlı "RTL" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cümə axşamından cümə gününə keçən gecə "terrorçuluq dosyesi" çərçivəsində keçirilmiş axtarışlar zamanı 5 nəfər Brüssel regionunda həbs edilib.

Belçikanın federal prokuroru bildirib ki, bu, Parisdə və Brüsseldə törədilmiş terror aktları ilə əlaqəli deyil. "Bu dosye 2015-ci ilin 13 noyabrında Parisə, 2016-cı ilin 22 martında Brüsselə - Zaventemə hücumun sənədlərindən tamamilə fərqlənir" – deyə prokurorluğun açıqlamasında bildirilir. 

Son xəbərlər

Orphus sistemi