Yuxarı

Belçikada terror aktına cəhdin qarşısı alınıb

Belçikada terror aktına cəhdin qarşısı alınıb
Avtomobili yüksək sürətlə idarə edərək küçədəki izdihamı vurmaq istəyən sürücü həbs olunub
© Courtesy İmage

Bakı. 23 mart. REPORT.AZ/ Belçikanın Antverpen şəhər polisi avtomobili yüksək sürətlə idarə edərək küçədəki izdihamı vurmaq istəyən sürücünü həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Belga" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Avtomobil hərbi patrul tərəfindən saxlanılıb. Antverpen meri Bart de Vever mümkün terror aktının qarşısının alındığını deyib.

Məlumata görə, avtomobildə silah aşkarlanıb və maşını minaxataranlar yoxlayır. "Associated Presse"in məlumatında isə bildirilir ki, o, Fransa qeydiyyatındadır.

Qeyd edək ki, insident Belçikada 32 nəfərin ölümü ilə nəticələnmiş terror aktının ildönümününü anım hadisəsindən 1 gün sonra baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi