Belçikada qatarın relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Belçikada qatarın relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb Hadisənin başvermə səbəbi hələlik məlum deyil
Digər ölkələr
18 Fevral , 2017 18:42
Belçikada qatarın relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Belçikada qatarın relsdən çıxması nəticəsində 20 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Məlumatda bildirilir ki, insident yerli vaxtla saat 13:34-də, ölkənin mərkəzi hissəsində baş verib. Agentliyin məlumatında bildirilir ki, xəsarət alanların vəziyyəti hələlik məlum deyil.

"Reuters" agentliyi isə qəza zamanı 1 nəfərin ölməsi barədə xəbər verib. Agentliyin məlumatına görə, hadisə zamanı xəsarət almış 2 nəfərin vəziyyəti ağırdır. 

Qəza ilə əlaqədar dəmiryolunda müxtəlif istiqamətlər üzrə hərəkət dayandırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi