Belçikada polislə atışmanın iştirakçısı olmaqda şübhəli bilinən iki nəfər həbs edilib

Belçikada polislə atışmanın iştirakçısı olmaqda şübhəli bilinən iki nəfər həbs edilib Dünən baş vermiş atışmada dörd polis yaralanıb
Digər ölkələr
16 Mart , 2016 13:50
Belçikada polislə atışmanın iştirakçısı olmaqda şübhəli bilinən iki nəfər həbs edilib

Bakı. 16 mart. REPORT.AZ/ Belçikada dünən paytaxt Brüsseldə həyata keçirilən antiterror əməliyyatı zamanı polislə atışmanın iştirakçısı olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" xəbər yayıb.

Xatırladaq ki, martın 15-də polisin keçirdiyi əməliyyat zamanı evlərin birində polislə atışma olmuşdu. Nəticədə dörd polis yaralanmışdı.

KİV-in məlumatına görə, əməliyyat noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumunun iştirakçılarıyla bağlı adamın axtarışı məqsədilə keçirilib.

Son xəbərlər

Orphus sistemi