Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib

Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir
Digər ölkələr
2 Yanvar , 2016 23:01
Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib

Bakı. 2 yanvar. REPORT.AZ/ Dondurucu soyuğa baxmayaraq, yeni ilin ikinci günü Belçikada minlərlə insan Şimal dənizinə girib.

Ostend şəhərində 1987-ci ildən keçirilən Nieuwjaarsduik adlı mərasimə tamaşaçılarla bərabər təxminən 5 min nəfər qatılıb. Aralarında yaşlıların və uşaqların da olduğu insanlar 200 metr məsafədən yüyürərək dənizə giriblər. Kimi soyuğa dözməyərək tez sahilə qayıdıb, kimi də bir müddət suda qalıb.

Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir. İştirakçılar bununla həm də soyuğa meydan oxuduqlarını nümayiş etdirirlər.

Son xəbərlər

Orphus sistemi