Yuxarı

Ötən gün Belçikada koronavirusdan ən çox ölüm qeydə alınıb

Belçikada koronavirusdan gün ərzində ən çox ölüm halları qeydə alınıb

Belçikada son 24 saat ərzində koronavirusdan 325 nəfər dünyasını dəyişib.

“Report” VRT-yə istinadən xəbər verir ki, bu, gündəlik rekord göstərici sayılır. Onlardan 114 nəfəri xəstəxanalarda, 211 nəfəri də evdə keçinib.

Milli Böhran Mərkəzinin bu gün növbəti gündəlik mətbuat konfransında həmçinin ölənlərin ümumi sayının 3 019 nəfərə çatdığı da bildirilib. Son 24 saatda COVID-19 vurusuna yoluxan 462 nəfər xəstəxanalara yerləşdirilib, 404 nəfər isə xəstəxanalardan buraxılıb. Xəstəxanalarda koronavirusla yatan 5 610 xəstənin 1 278 nəfəri intensiv terapiya bölmələrində müalicə olunur.

Həmçinin son 24 saat ərzində ölkədə koronavirusa daha 1 684 nəfər yoluxaraq ümumi sayları 26 667 nəfərə çatıb.

Qeyd edək ki, Belçikada martın 14-dən tətbiq edilən ciddi karantin rejimi ayın 27-də verilən hökumətin qərarı ilə aprelin 19-dək uzadılıb. Sərhədləri bağlı olan ölkədə hər cür səyahətlər qadağandır, sakinlər yalnız öz dairələri çərçivəsində hərəkət edə bilər. Həmçinin dükanlarda, ictimai nəqliyyatda sosial məsafə qaydası qüvvədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi