Belçikada baş vermiş partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Belçikada baş vermiş partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB Xilasedicilər dağıntılar arasında qalan insanların axtarışlarına başlayıb
Digər ölkələr
26 Avqust , 2016 04:17
Belçikada baş vermiş partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 26 avqust. REPORT.AZ/ Belçikanın Şima şəhərində baş vermiş güclü partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb. 

“Report”un xəbərinə görə, bu barədə "Belga" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış baş verən binada 5 nəfər olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.



***04:03

Belçikada güclü partlayış baş verib.

“Report”un xəbərinə görə bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Şima şəhərində, idman mərkəzinin binasında qeydə alınıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Xilasedicilər dağıntılar arasında qalan insanların axtarışlarına başlayıb.

Partlayışın başvermə səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi