Belçikada etirazçılar sabiq baş nazirin evinə hücum ediblər

Belçikada etirazçılar sabiq baş nazirin evinə hücum ediblər Bakı. 11 fevral. REPORT.AZ/ Belçikanın Mons şəhərində fevralın 9-da sarı jiletlilər hərəkatının iğtişaş yaratmış 38 tərəfdarı saxlanılıb.
Digər ölkələr
11 Fevral , 2019 03:56
Belçikada etirazçılar sabiq baş nazirin evinə hücum ediblər
RTL

Bakı. 11 fevral. REPORT.AZ/ Belçikanın Mons şəhərində fevralın 9-da "sarı jiletlilər" hərəkatının iğtişaş yaratmış 38 tərəfdarı saxlanılıb.

“Report” RTL-ə istinadən xəbər verir ki, şənbə günü Mons şəhərində "sarı jiletlilər"in aksiyası keçirilib və aksiya sonradan qarşıdurmaya gətirib çıxarıb.

Xüsusilə, aksiyanın bəzi iştirakçıları şəhərin keçmiş meri və Belçikanın sabiq baş naziri Elio Di Ruponun poçt qutusuna fişəng atıblar.

Polisin məlumatına görə, nümayişçilərin hərəkətləri belçikalı siyasətçinin yaşayış evinə ziyan vurub.

Daha əvvəl Fransada etiraz aksiyaları zamanı 36 nəfər saxlanılıb. Onlardan 21-i həbs edilib.

Son xəbərlər

Orphus sistemi