​Belçikada AES əməkdaşının buraxılış vəsiqəsi oğurlanıb

​Belçikada AES əməkdaşının buraxılış vəsiqəsi oğurlanıb Bu sənəd Atom Elektrik Stansiyasına sərbəst girişi təmin edir
Digər ölkələr
26 Mart , 2016 12:02
​Belçikada AES əməkdaşının buraxılış vəsiqəsi oğurlanıb

Bakı. 26 mart. REPORT.AZ/ Belçikanın Şarlerua şəhərində yerləşən "Tianj" Atom Elektrik Stansiyasının mühafizə xidmətinin əməkdaşı qətlə yetirilib.

"Report"un yerli "Derniere Heure" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə iki gün öncə baş versə də, KİV-in maraq dairəsindən kənarda qalıb. Mühafizə xidmətinin əməkdaşı axşam saatlarında öz iti ilə gəzdiyi vaxt naməlum şəxs tərəfindən öldürülüb.

Polis əməkdaşlarının verdiyi məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları insidentlə bağlı araşdırma apardıqları zaman öldürülən şəxsin iş yerindən verilən stansiyaya buraxılış vəsiqəsinin oğurlandığını aşkar ediblər.

Son xəbərlər

Orphus sistemi