Yuxarı

Belçikada 27 nəfər hələ də Hitler təqaüdü alır

Bakı. 20 fevral. REPORT.AZ/ Belçikanın 27 vətəndaşı Almaniyadan 1941-ci ildə hələ nasist lideri Adolf Hitler tərəfindən təyin olunmuş təqaüd ödənişlərini almaqdadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "De Morgen" nəşri yazıb.

Bildirilir ki, bu pensiya faşist Almaniyası tərəfindən "loyallıq, sadiqlik və itaət"ə görə təyin edilib.

Nəşrin yazdığına görə, 1949-cu ildən sonra Almaniya Federativ Respublikası Böyük Vətən müharibəsində məğlub olmuş dövlətin hüquqi varisi olaraq, beynəlxalq hüquq çərçivəsində təqaüd də daxil olmaqla, III Reyxin bütün öhdəliklərini öz üzərinə götürüb və bu səbəbdən də pul köçürmələrini davam etdirib.

Məlumatda qeyd olunur ki, təqaüdü alanların hamısı faşist Almaniyası tərəfindən döyüşmüş insanlar və ya onların davamçılarıdırlar.

Bu ödəniş barədə məlumat əldə etmək yalnız Avropa Birliyinin qüvvəyə minmiş qərarından sonra mümkün olub. Bu qərar Birliyin üzv ölkələri üzərinə dövlətlərarası pensiya hesablamaları barədə məlumat mübadiləsi aparmaq öhdəliyi qoyub.

Bildirilir ki, indi bir qrup Belçika parlamentarisi diplomatik yolla bu məsələni yoluna qoymaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi