Yuxarı

Belçika vağzalında zərərsizləşdirilmiş şübhəli şəxs ölüb

Belçika vağzalında zərərsizləşdirilmiş şübhəli şəxs ölüb
Prokurorluq üç saat boyunca kişinin vəziyyəti haqqında məlumatlara malik olmayıb

Bakı. 21 iyun. REPORT.AZ/ Belçikanın federal polisi Brüsselin mərkəzi vağzalında zərərsizləşdirilmiş şübhəli şəxsin öldüyünü xəbər verib.

"Report" xəbər verir ki, bununla bağlı "Le Soir" nəşri xəbər verib.

Qeyd edilir ki, prokurorluq üç saat boyunca şübhəli şəxsin vəziyyəti haqqında məlumatlara malik olmayıb.

Qeyd edək ki, Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, vağzalda vəziyyət nəzarət altındadır. Belçikanın Milli Dəmir Yolu Şirkətindən isə qeyd edilib ki, hadisə yerində qatarların hərəkəti dayandırılıb.

"Avenir" və "Libre Belgique" nəşrləri isə Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Onun üzərində partladıcı kəmər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi