​Belçika polisi Türkiyə vətəndaşını qətlə yetirib

​Belçika polisi Türkiyə vətəndaşını qətlə yetirib Buna səbəb Cəmil Kayanın polislə mübahisə etməsi olub
Digər ölkələr
7 Yanvar , 2015 20:35
​Belçika polisi Türkiyə vətəndaşını qətlə yetirib

Bakı. 7 yanvar. REPORT.AZ/ Belçikanın şərqindəki Vervye şəhərində Türkiyə vətəndaşı Cəmil Kaya polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb C.Kayanın bu gün səhər saatlarında küçə ilə gedərkən üzərində bıçaq daşıdığı üçün ona müdaxilə edən polislə mübahisə etməsi olub.

Türkiyənin Nevşehir vilayətinin, Kozaklı rayonunun sakini və 4 uşaq atası olan 45 yaşlı C.Kayanın sinəsindən vurulduğu bildirilir.

Türkiyənin Belçikadakı səfiri Ali Barış hadisə ilə bağlı araşdırma aparmaq üçün Verve şəhərinə gedib. 

Son xəbərlər

Orphus sistemi