Belçika Müdafiə Nazirliyi "Google"u məhkəməyə verməyə hazırlaşır

Belçika Müdafiə Nazirliyi "Google"u məhkəməyə verməyə hazırlaşır Bakı. 28 sentyabr. REPORT.AZ/ Belçika Müdafiə Nazirliyi Googleu məhkəməyə verməyə hazırlaşır.
Digər ölkələr
28 Sentyabr , 2018 12:21
Belçika Müdafiə Nazirliyi Googleu məhkəməyə verməyə hazırlaşır
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Belçika Müdafiə Nazirliyi "Google"u məhkəməyə verməyə hazırlaşır.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb şirkətdən "Google Maps" servisindəki xəritələrdə göstərilən bəzi hərbi və strateji obyektləri retuşlamaqdan boyun qaçırmasıdır.  

Qeyd edək ki, Belçika tərəfi ölkə Hərbi Hava Qüvvələrinin Limburq əyalətində və Arden dağlarında yerləşən bazaları, habelə nüvə elektrik stansiyaları, Antverpen limanındakı neft terminalları çox aydın göstərildiyi üçün "Google"dan onları retuşlamağı xahiş etmişdi.

Son xəbərlər

Orphus sistemi