Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı iştirakını ilin sonuna qədər uzadıb

Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı iştirakını ilin sonuna qədər uzadıb Qırıcı-bombardmançı təyyarələrin sayı altıdan dördədək azaldılacaq
Digər ölkələr
17 İyun , 2017 11:15
Belçika İŞİD-ə qarşı mübarizə üzrə koalisiyadakı iştirakını ilin sonuna qədər uzadıb

Bakı. 17 iyun. REPORT.AZ/ Belçika hökuməti İraq və Suriyada ABŞ-ın himayəsi altında terrorizmə qarşı koalisiyada hərbi hava qüvvələrinin iştirakının müddətinin iyulun 1-dən dekabrın 31-dək uzadılmasına qərar verib.

"Report" "Belga"ya istinadən xəbər verir ki, bununla yanaşı, İŞİD terrorçularına qarşı əməliyyatlarda iştirak edən qırıcı-bombardmançı təyyarələrin sayı altıdan dördədək azaldılacaq.

Hazırda təyyarələr İordaniyadakı bazadadır.

Qeyd edək ki, Belçika HHQ antiterror koalisiyasına 2016-cı ilin iyul ayında qoşulub. Koalisiyada iştirak müddətinin uzadılması dövlət büdcəsinə 17 milyon avroya başa gələcək.

Son xəbərlər

Orphus sistemi