Belarusda şagird müəlliməsini və məktəblini öldürüb

Belarusda şagird müəlliməsini və məktəblini öldürüb Minsk vilayətində orta məktəb şagirdi müəlliməsini və üç məktəblini bıçaqlayıb
Digər ölkələr
11 Fevral , 2019 12:16
Belarusda şagird müəlliməsini və məktəblini öldürüb

Bakı. 11 fevral. REPORT.AZ/ Belarusda Minsk vilayətinin Stolbtsı şəhərində orta məktəb şagirdi müəlliməsi və 3 məktəblini bıçaqlayıb. Müəllimə və şagirdlərdən biri aldığı yaradan ölüb.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yaralı 2 şagird xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxs - 2003-cü il təvəllüdlü yeniyetmə hadisə yerindən qaçıb. Vilayətin altı rayonunda "Sirena" planının elan edilməsindən sonra onu saxlayıblar.

Hazırda məktəbdə istintaq-əməliyyat qrupu işləyir.

Son xəbərlər

Orphus sistemi