Belarusda keçirilən parlament seçkiləri başa çatıb - FOTO - YENİLƏNİB-2

Belarusda keçirilən parlament seçkiləri başa çatıb - FOTO - YENİLƏNİB-2 Belarus parlamentinin aşağı palatasına seçkilər başa çatıb.
Digər ölkələr
17 Noyabr , 2019 21:05
Belarusda keçirilən parlament seçkiləri başa çatıb - FOTO - YENİLƏNİB-2

Belarus parlamentinin aşağı palatasına seçkilər başa çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli vaxtla saat 20:00-da respublikanın ərazisindəki bütün seçki məntəqələri bağlanıb.

Ölkənin 110 seçki dairəsində Milli Məclisin 110 deputatının seçilməsi üzrə majoritar sistemdə seçki yekunlaşıb.

Qeyd edilir ki, ölkədə 5,83 min seçki məntəqəsi fəaliyyət göstərib. Seçki məntəqələri sanatoriyalarda, istirahət mərkəzlərində, xəstəxanalarda, həmçinin hərbi hissələrdə təşkil olunub. Ölkənin xaricində yaşayanlar 46 seçki dairəsində səs veriblər.

Belarusda 6,88 milyon seçici var. Onlardan 1,3 milyon nəfərdən çoxu Minskdə yaşayır. 


***18:49

Belarusda bu gün keçirilən parlament seçkilərində yerli vaxtla saat 16:00-a olan məlumata görə, seçici fəallığı 63,65% təşkil edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Belarusun Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, 61 seçki dairəsinin qalibləri məlumdur.

"Bəzi vilayətlərdə bütün seçki məntəqələri üzrə seçkilər baş tutub. Qalib gələnlərin sayı 61 nəfərdir", - o deyib. 

Qeyd edək ki, bir sıra seçki məntəqələrində səsvermələr xalq ansamblı üzvlərinin müşayiəti ilə keçirilib. Ansambl üzvləri bir sıra xalq mahnıları ifa ediblər.

Seçkilərdə ciddi qanun pozuntusu qeydə alınmayıb.  


***09:37

Belarusda parlament seçkiləri keçirilir.

Bu barədə "Report" BELTA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində səsvermələr başlayıb. Seçki məntəqələrindən 46-ı xaricdə fəaliyyət göstərəcək.

Belarusda parlament seçkiləri majoritar sistemdə keçirilir. Ölkə parlamentində 110 yerə 513 namizəd iddialıdır. Seçkilərdə 6,8 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.  

Son xəbərlər

Orphus sistemi