Yuxarı

Belarus prezidenti istefaya göndərilmiş naziri zavodda işləməyə göndərməyi təklif edib - VİDEO

Belarus prezidenti istefaya göndərilmiş naziri zavodda işləməyə göndərməyi təklif edib - VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko

Bakı. 14 avqust. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko sənaye naziri Vitali Vovku və memarlıq və inşaat naziri Anatoli Çernovu istefaya göndərib.

"Report" "BelTA"ya istinadən xəbər verir ki, prezident bu barədə qərarını Orşa rayonunun kompleks inkişafı üzrə keçirilən iclasında verib.

A.Lukaşenko daha çox sənaye naziri Vitali Vovkdan narazı qalıb və onu Orşa alət zavoduna işləməyə göndərməyi təklif edib.

A.Lukaşenko həmçinin Dövlət Hərbi Sənayə Komitəsinin sədrinə və Təhlükəsizlik Şurasının dövlət katibinə vəzifələrini layiqincə yerinə yetirmədikləri haqqında xəbərdarlıq edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi