​Belarus 200 km. mənzilli raket kompleksi yaratmağı planlaşdırır

​Belarus 200 km. mənzilli raket kompleksi yaratmağı planlaşdırır Bu vəzifənin 2016-2017-ci illərdə icra edilməsi nəzərdə tutulub
Digər ölkələr
16 Fevral , 2016 01:39
​Belarus 200 km. mənzilli raket kompleksi yaratmağı planlaşdırır

Bakı. 16 fevral. REPORT.AZ/ Belarus 2016-2017-ci illərdə təqribən 200 km. mənzilli raket kompleksi yaratmağı planlaşdırır.

"Report" "Military Navigator"a istinadən xəbər verir ki, bu barədə ötən gün ölkənin Dövlət Hərbi Sənaye Komitəsinin sədri Sergey Qurulyev prezident Aleksandr Lukaşenkoya məruzə edib.

"Hazırda Komitə Müdafiə Nazirliyi ilə birgə təqribən 200 km. mənzilli yaylım atəşli raket kompleksinin yaradılması üzərində işləyir. Bu vəzifənin 2016-2017-ci illərdə həyata keçirilməsi planlaşdırılır", - deyə komitə sədri bildirib.

Son xəbərlər

Orphus sistemi