​Bəhreyndə İranın casus şəbəkəsinin üzvləri tutulub

​Bəhreyndə İranın casus şəbəkəsinin üzvləri tutulub Onlar krallıq ərazisində silahlı qruplaşmalar hazırlayaraq partlayışlar törətmək istəyirmiş
Digər ölkələr
6 Yanvar , 2016 17:50
​Bəhreyndə İranın casus şəbəkəsinin üzvləri tutulub

Bakı. 6 yanvar. REPORT.AZ/ Bəhreyndə İrana və Livan "Hizbullah"ına bağlı olan gizli terrorçu şəbəkənin üzvləri tutulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin şəbəkə krallıq ərazisində İranın xüsusi xidmət orqanları və Livan "Hizbullah"ının tapşırığına uyğun olaraq fəaliyyət göstərirmiş. Onlar Bəhreyndə silahlı qruplaşmalar hazırlayaraq partlayışlar törətməyi planlaşdırıb.

Xəbərdə bildirilib ki, bu şəbəkəyə Əli və Məhəmməd Fəxraui adlı əkiz qardaşlar başçılıq edirmiş.

Məlumata görə, şəbəkəyə daxil olan 6 nəfərin hamısı tutulsa da, onların başçılarından biri İranda gizlənir. 

Son xəbərlər

Orphus sistemi