Bəhreyn ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alır

Bəhreyn ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alır Bəhreyn Krallığının vəliəhd şahzadəsi, Baş nazirin müavini Salman ibn Həməd ölkəsinin ABŞ ilə “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilə imzaladığını söyləyib.
Digər ölkələr
17 Sentyabr , 2019 04:36
Bəhreyn ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alır

Bəhreyn Krallığının vəliəhd şahzadəsi, Baş nazirin müavini Salman ibn Həməd ölkəsinin ABŞ ilə “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilə imzaladığını söyləyib.

“Report”un məlumatına görə, o, bunu ABŞ prezidenti Donald Tramp ilə Ağ evdə görüşü zamanı bəyan edib.

“Bu gün ilk “Patriot” raketlərinin alınması üçün müqavilə imzaladıq. Bunun üçün daha yaxşı vaxt yox idi”.

Qeyd edək ki, bu görüş Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumdan iki gün sonra baş tutub.

Son xəbərlər

Orphus sistemi