BƏƏ terror aktından sonra Kabildəki səfirliyini bağlayıb

BƏƏ terror aktından sonra Kabildəki səfirliyini bağlayıb Səfirliyin əməkdaşları Dubaya köçürülüb
Digər ölkələr
1 İyun , 2017 10:40
BƏƏ terror aktından sonra Kabildəki səfirliyini bağlayıb

Bakı. 1 iyun. REPORT.AZ/ "Report" xarici KİV-lərə istinadən xəbər verir ki Əfqanıstanın paytaxtında onlarla adamın həlak olduğu terror aktından sonra BƏƏ hökuməti öz səfirliyini bağlayıb və səfirliyin əməkdaşlarını Dubaya köçürüb.

BƏƏ Xarici İşlər Nazirliyi mayın 31-də, terror aktı günü bildirib ki, ölkənin səfirliyinin binası partlayış nəticəsində zədələnsə də, diplomatlar və digər əməkdaşlar xəsarət almayıblar.

Xatırladaq ki, güclü partlayış dünən səhər Kabildə prezident sarayının və xarici səfirliklərin binalarının yaxınlığında baş verib. KİV-lərin məlumatına görə, partlayış nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb, 380 nəfər xəsarət alıb. İŞİD terror qruplaşması partlayışa görə, məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi