Yuxarı

BƏƏ Qətərdən gələn bütün təyyarələr üçün hava məkanını bağlayıb

Həmçinin təyyarələrin Qətərə uçuşuna qadağa qoyulub

Bakı. 8 iyun. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə yaranmış diplomatik böhran fonunda Qətərdən gələn və bu ölkəyə uçan bütün təyyarələr üçün hava məkanını bağlayıb.

"Report" xəbər verir ki, bu barədə "The National" nəşri yazıb.

BƏƏ-nin Mülki Aviasiya İdarəsi Doha hava limanına xidmət edən bütün beynəlxalq reyslərə xidmətin qadağan olunduğunu elan edib. Bundan əlavə, BƏƏ hökuməti "Qatar Airways"in saytına girişi əngəlləyib.

İyunun 7-də "Sky News Arabia" telekanalı BƏƏ-nin "Qatar Airways"in ölkə ərazisindəki bütün ofislərini bağladığını məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi