Bakı. 27 dekabr. REPORT.AZ/ Suriyada başlayan böhran səbəbindən 2012-ci ildə fəaliyyətini dayandıran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Suriyadakı səfirliyi yenidən Dəməşqdə fəaliyyətə başlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, BƏƏ-nin
XİN-dən bildiriblər ki, bu addımı qardaş ölkə ilə əlaqələri əvvəlki vəziyyətə qaytarmaq istəyinin təsdiqi kimi qəbul edirlər.
BƏƏ bayrağı artıq diplomatik nümayəndəliyin Dəməşqdəki binasının üzərində dalğalanır.