​BƏƏ-də terrorçu İŞİD-in 4 üzvü barəsində edam hökmü çıxarılıb

​BƏƏ-də terrorçu İŞİD-in 4 üzvü barəsində edam hökmü çıxarılıb Onların hamısı əmirlik vətəndaşıdır
Digər ölkələr
15 Fevral , 2016 14:46
​BƏƏ-də terrorçu İŞİD-in 4 üzvü barəsində edam hökmü çıxarılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) terrorçu İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən 4 nəfər barəsində edam, 6 nəfər barəsində isə 3-10 il arasında azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

"Report" BƏƏ-nin "WAM" xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda yüksək Federal Məhkəməsi məlumat yayıb.

Məlumata görə, məhkəmədə terrorçu qruplaşma ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər mühakimə edilib, onlardan biri haqqında bəraət hökmü çıxarılıb.

Edam olunanlar BƏƏ, o biri 6 məhkum isə Mavritaniya, Bəhreyn, Suriya və Əmirlik vətəndaşlarıdır. 

Son xəbərlər

Orphus sistemi