BƏƏ ABŞ-ın yaratdığı koalisiyaya qoşulub

BƏƏ ABŞ-ın yaratdığı koalisiyaya qoşulub Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-ın başçılığı ilə yaranan Yaxın Şərqdə gəmilərin təhlükəsiz hərəkətinin təmini üzrə koalisiyaya qoşulub.
Digər ölkələr
19 Sentyabr , 2019 15:07
BƏƏ ABŞ-ın yaratdığı koalisiyaya qoşulub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-ın başçılığı ilə yaranan Yaxın Şərqdə gəmilərin təhlükəsiz hərəkətinin təmini üzrə koalisiyaya qoşulub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Xarici İşlər Nazirliyinin təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq idarəsinin başçısı Salam Məhəmməd əl-Zaabi bildirib.

Onun sözlərinə görə, enerji daşıyıclarının tədarükünün təhlükəsizliyinin təmin edilməsi üçün əmirlik regional və beynəlxalq güclərlər birlikdə fəaliyyət göstərəcək.

Gəmilərin təhlükəsizliyinin təmin üzrə beynəlxalq quruluş Hörmüz boğazında, Oman körfəzində, Ərəb dənizində və Bab-əl-Məndəb boğazında fəaliyyət göstərir. Bu quruma ABŞ, Britaniya, Avstraliya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin neft-emalı zavodunun pilotsuz uçan aparatla vurulması bu koalisiyanın genişlənməsinə səbəb olaraq göstərilir. 

Son xəbərlər

Orphus sistemi